TOST kimi platformalardan istifadə tövsiyə olunmur - İqtisadçıdan AÇIQLAMA

 18:49 21.08.2024     22237

Yeni "TOST" adlanan maliyyə piramida sistemi Azərbaycanda da yaradılıb. Bu platforma tamamilə piramida sisteminə əsaslanan investisiya modelidir. 

Bəs bu sistemin mahiyyəti nədir və etibarlı hesab oluna bilərmi?

Bu barədə iqtisadçı ekspert Emin Qəribli Redaktor.az-a açıqlamasında bildirdi ki, son dövrlərdə elektron sistemlərin sayı çoxalıb, hətta ayrı-ayrı kriptovalyutaların da ticarəti barəsində reklamlar gedir:

Onun sözlərinə görə, istisnalar var ki, birjalarda tanınmış şirkətlərin səhmlərini almaq imkanları olur:

"Bu sistemlərdə kimsə fərdi olaraq daxil olur, broker kimi reklam edir və çox zaman müəyyən problemlərlə qarşılaşır. Belə sistemlərin çoxuna güvənmək olmur. Hətta kriptovalyutaların özünün belə perspektivi yoxdur, çünki qeyri-müəyyənlik burada çoxdur. İnsanlar var ki, xaricdə təhsil alıblar, birjalara giriblər, ancaq heç bir uğur əldə edə bilməyiblər. Bu, bir peşədir, ona görə də təhsil almaqla yanaşı, həm də gərək birjalarda ixtisaslaşıb çalışmalısan. Sonra gəlib investisiya fondu yaradıb, təbliğat apara bilərsən. Əgər bu kimi insanlar yoxdursa, kiməsə etibar etmək düzgün deyil. Hətta təhsili olub təcrübəsi olmayan insanlara belə güvənmək olmaz. O kəsin qiymətli kağızlar üzrə azı 10 il təcrübəsi olmalıdır və onun fonduna, uğurlarına, sahib olduğu səhmlərə bələd olduqdan sonra bir ehtimal güvənmək olar. Ancaq bundan da əmin olmaq çətindir. Çünki bu sahədə təcrübəsi olamayanlar çox vaxt belə məsələlərdə yanılırlar". 

İqtisadçı insanlara tövsiyə etdi ki, dövlət müəssisələrinə, yaxud yaxın adamlarının biznesi varsa, ora səhm formasında yatırımlar etsinlər:

"Bizim ayrı-ayrı müssisələrin istiqrazları var ki, dövlət tərəfindən təmin olunur. Onlardan istifadə ermək daha məsləhətdir. Lakin TOST kimi platformalardan istifadə tövsiyə olunmur. Çünki burada hər hansısa iqtisadi reallıqlara söykənməyən hadisələr baş verə bilər ki, bunu proqnozlaşdırmaq çox çətindir".

Sevinc İBRAHİMZADƏ