"Brent" neftinin qiyməti 76 dollardan AŞAĞI DÜŞDÜ

 23:44 21.08.2024     405

"Brent" markalı neftin oktyabr fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında avqustun 7-dən bəri ilk dəfə bir barel üçün 76 dollardan aşağı düşüb.

Redaktor.az-ın məlumatına görə, bu barədə ticarət platformasından məlumat verilib.

Məlumata əsasən, saat 21:16 (GMT+4) üçün "Brent" markalı neftin bir barelinin qiyməti isə 1,67 faiz azalaraq 75,91 dollar olub.

Eyni zamanda, "WTI" markalı xam neftin oktyabr ayında tədarük üçün fyuçersləri 1,78 faiz ucuzlaşaraq bir barel üçün 71,71 dollar olub.