Əhali ərzağa nə qədər pul xərcləyib?

 13:30 22.08.2024     422

2024-cü ilin yanvar-iyul aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,4% artaraq 18 milyard 744,9 milyon manat olub.

Bu barədə Redaktor.az-a Bakı şəhər Statistika İdarəsindən bildirilib.

Qeyd edilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz artaraq 10392,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,1 faiz artaraq 8352 milyon manata bərabər olub. İstehlak məhsullarının 37,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,9 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.