Biləsuvarda bir sıra sahələrdə artım QEYDƏ ALINIB

 09:59 25.08.2024     412

Cari il Biləsuvar rayonunda ötən illə müqayisədə nəqliyyat, rabitə və informasiya, həmçinin pərakəndə dövriyyədə artım olub.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-iyun aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 323,0 min ton yük daşınıb və 2023-cü ilin analoji dövrünə nisbətən 5,5 faiz artım müşahidə olunub. Cari ildə nəqliyyatçılar 4 085,0 min nəfərə və ya 2023-cü ilin analoji dövrü ilə müqayisədə 7,1 faiz çox sərnişinə xidmət göstəriblər.

Həmçinin cari ilin yanvar-iyun aylarında informasiya və rabitə müəssisələri 697,4 min manatlıq xidmət göstərib. 2023-cü ilin analoji dövrü ilə müqayisədə rabitə xidmətlərinin dəyəri müqayisəli qiymətlərlə 37,9 faiz artıb.

Eyni zamanda 2024-cü ildə pərakəndə ticarət dövriyyəsinin həcmi 186 749,6 min manat olub ki, bu da 2023-cü ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 100,3 faiz təşkil edib. 2024-cü iin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsinin 12 275,4 min manatını və ya 6,6 faizini hüquqi şəxslərin, 174 474,2 min manatını və ya 93,4 faizini fərdi sahibkarların pərakəndə ticarət dövriyyəsi təşkil edib.