Neft qiymətləri BAHALAŞDI

ABŞ-nin gözlənilən faiz dərəcələrini azaltması fonunda neft qiymətləri artıb.
Redaktor.az xəbər verir ki, "Brent" markalı neftin oktyabr müqaviləsində bir barelin qiyməti 53 sent və ya 0,7% bahalaşaraq 79,55 dollara çatıb.
"WTI" markalı neftin oktyabr müqaviləsində bir barelin dəyəri isə 51 sent və ya 0,7% artaraq 75,34 dollar olub.