"Telegram"a bağlı kriptovalyuta kəskin şəkildə UCUZLAŞDI

 10:41 26.08.2024     387

"Telegram"a bağlı kriptovalyuta olan "Toncoin"in (TON) dəyəri Pavel Durovun həbsi səbəbindən kəskin şəkildə ucuzlaşaraq -15%-ə çatsa da, günün sonuna qədər stabilləşib.

Redaktor.az xəbər verir ki, bu barədə "Binance" məlumat yayıb.

TON blokçeynini ilk dəfə Nikolay və Pavel Durov qardaşlarının rəhbərlik etdiyi "Telegram" komandası hazırlayıb və əvvəlcə GRAM (GRM) kimi tanınıb. Bununla belə, 2019-cu ildə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) tokenləri qiymətli kağızlar kimi təsnif edərək, GRAM üçün ICO-nu qeyri-qanuni elan edib. Bu, Amerika məhkəməsinin kriptovalyutanın buraxılmasını qadağan etməsinə səbəb olub.

Pavel Durov 23 dekabr 2021-ci ildə "Telegram" səhifəsində TON layihəsini açıq şəkildə dəstəklədi, lakin artıq layihə ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.

Sevinc İBRAHİMZADƏ