"Bankların səhm təklifləri depozitlərdən daha risklidir" - İqtisadçı

 17:25 27.08.2024     541

Azərbaycan Beynəlxalq Bankı (ABB) öz müştərilərinə ABB səhmlərini alıb, səhmdar olmağı təklif edir. Bu bank tərəfindən buraxılan adi səhmlərdir. Bu səhmləri əldə edən şəxs ABB-nin səhmdarı olur və bir səhmdar kimi bankın illik xalis mənfəətindən dividend almaq, Səhmdarların Ümumi Yığıncaqlarında iştirak edərək həmin yığıncaqlarda gündəliyə qoyulmuş mühüm məsələlər üzrə səs vermək hüququ qazanır. Dividend səhmdar cəmiyyətinin qazandığı xalis mənfəətdən öz səhmdarlarına ödədiyi puldur.  

Bəs bankların bu cür təkliflərinin əsas mahiyyəti nədən ibarətdir?

Bu barədə iqtisadçı ekspert Elşad Məmmədov Redaktor.az-a açıqlamasında bildirdi ki, investor üçün səhm və depozit arasındakı müəyyən fərq var:

Ekspert: “Bakı boşaldılmalı, əhali digər şəhərlərə köçürülməlidir” - FOTO -  Oxu.az

"Belə ki, səhmləri alarkən investorlar faktiki olaraq səhmdara hüquqi cəhətdən də çevrilməlidir, eyni zamanda həmin qurumun idarəetməsində iştirak üçün müəyyən hüquqlar əldə edə bilər. Təbii ki, Beynəlxalq Bank kimi iri qurumlarda hansısa cüzi həcmdə səhmlərin alınması ilə həmin qurumun idarəetməsində ciddi şəkildə iştirakdan söhbət gedə bilməz. Amma hər bir halda hüquqi və faktiki baxımdan səhm alan investor səhmdar olur və qurumun fəaliyyəti ilə bağlı hansısa rola malik olur. Digər tərəfdən səhmlər depozitlərlə müqayisədə daha yüksək faizlər gətirir. Lakin burada risklər də daha çox olur. Çünki depozitlərlə bağlı müvafiq qanunvericilik aktları var və əmanətlərin sığortalanması ilə bağlı müvafiq qurum da fəaliyyət göstərir. İndiyədək, demək olar ki, müvafiq hüquqi normativ aktlarda nəzərdə tutulduğu kimi, yəni bankların əgər lisenziyalarının alınması olsa belə, sığortalanan vəsaitlər depozit sahiblərinə qaytarılır. Ancaq sözsüz ki, səhmələri alarkən belə sığorta mexanizmləri yoxdur".

İqtisadçının sözlərinə görə, bu baxımdan depozitlər səhmlərə nisbətdə daha az riskli hesab olunur.

Sevinc İBRAHİMZADƏ

2