Bu ölkəndə makaronun xaricə tədarükü 20 faiz ARTDI

 15:37 28.08.2024     437

Yanvar-iyul dövründə Rusiya makaron məhsullarının xaricə tədarükü 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20% artaraq 65 min tonu ötüb.

Redaktor.az xəbər verir ki, bu barədə “Aqroeksport”un hesabatında bildirilib.

Belə ki, yanvar-iyul aylarında Rusiyadan makaron məhsullarının əsas alıcısı Qazaxıstan olub. Bu, Rusiyanın bütün makaron ixracının 19,5%-ni təşkil edib. İkinci yeri 19,4% payla Belarus tutub. İlk üçlüyü 13,8 faizlə Türkmənistan tamamlayır.

Ötən ilin nəticələrinə görə, Rusiya makaron məmulatları ixracında 1,5 faizlik payla 12-ci yerdə qərarlaşıb. İtaliya lider olub. Bu Avropa ölkəsi 2023-cü ildə dünya bazarlarına makaron tədarükünün 29,8%-ni təmin edib. Türkiyə və Çin müvafiq olaraq 17,1% və 8,5% ilə ilk 3-lükdə yer alıb.

Sevinc İBRAHİMZADƏ