İnvestorlar Hindistan fond bazarından uzaqlaşırlar

 17:09 29.08.2024     356

Xarici investorlar Hindistan fond bazarına sərmayə qoymağa daha az həvəsli olublar. İlin əvvəlindən bəri xarici kapital axını 2,6 milyard dollara çatıb. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 22 milyard dollar azdır.

Redaktor.az xəbər verir ki, bu barədə "Financial Times" yazır.

Analitiklər bildirirlər ki, institusional investorlar ABŞ-də dəyişən faiz dərəcələri səbəbindən riskləri azaldırlar. Avqustda xalis xaricə 1 milyard dolları ötüb.

Eyni zamanda Hindistandan olan özəl investorlar yerli qiymətli kağızlara aktiv şəkildə sərmayə qoymağa davam edirlər.

"Bir çox hindistanlılar risklərdən xəbərsizdirlər. Bazarda düzəliş görməyən bir nəsil var, ona görə də biz onların əmanətlərini səhmlərə yatırdıqlarını görürük", - FT mənbəyi bildirib.

Sevinc İBRAHİMZADƏ