Türkiyənin ixracatı 1 milyard dolları AŞDI
Türkiyənin yanvar-avqust aylarında 23 əyalətində 1 milyard dollardan çox ixracat həyata keçirilib və 57 vilayətdə xarici satışları artıb.
Redaktor.az xəbər verir ki, ölkənin Ticarət Nazirliyi avqust ayı üçün vilayətlər üzrə ixrac məlumatlarını açıqlayıb.
Belə ki, İstanbul avqust ayında 4 milyard 782 milyon dollarla ən çox ixracat edilən şəhər olub. Şəhərin ixracatı ötən ilin eyni ayı ilə müqayisədə yüzdə 6,4 azalıb.
İstanbulu 2 milyard 833 milyon dollar artımla 20,3 faizlə Kocaeli, yüzdə 9,5 azalma ilə 1 milyard 909 milyon dollarla İzmir izləyib.
İstanbulun ixracatında Almaniya 332 milyon 16 min dollarla birinci olub. Ardınca 327 milyon 590 min dollarla ABŞ və 273 milyon 275 min dollarla Birləşmiş Ərəb Əmirlikləri olub.
Kocaeli 306 milyon 244 min dollarla İngiltərəyə ən çox ixracat edib. Bu ölkədən sonra 173 milyon 219 min dollarla Almaniya və 169 milyon 307 min dollarla İtaliyadır.
İzmirin ən çox ixrac etdiyi ölkə 189 milyon 192 min dollarla Almaniya olub. Bu ölkəni 165 milyon 584 min dollarla Rumıniya və 121 milyon 800 min dollarla ABŞ izləyib.
Sevinc İBRAHİMZADƏ