AİB 4 milyard dollardan çox investisiya yatırdı

 12:04 06.09.2024     453

Avrasiya İnkişaf Bankı 2022-2023-cü illərdə Avrasiya İqtisadi İttifaqına (Aİİ)  dəstək üçün 4 milyard dollardan çox investisiya yatırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvax EEF çərçivəsində "Sputnik"ə bildirib.

Qeyd edək ki, Aİİ-yə beş ölkə daxildir: Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan.

Sevinc İBRAHİMZADƏ