Aİ Ukraynaya 160 milyon avro AYIRACAQ

 14:22 19.09.2024     281

Avropa İttifaqı (Aİ) Ukraynanın enerji infrastrukturu üçün 160 milyon avro ayıracaq.

Redaktor.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.

O qeyd edib ki, məbləğin böyük hissəsi, yəni 100 milyon avro Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdir.

Bundan əlavə, Avropa Komissiyasının bu yaxınlarda verdiyi bəyanatda qeyd olunub ki, müharibə başlayandan bəri Aİ Ukraynanın enerji infrastrukturu üçün 2 milyard avro ayırıb (report.az).