Çin pulunun beynəlxalq ödənişlərdə payı AZALDI

 17:46 19.09.2024     247

Avqustun sonunda yuanın beynəlxalq ödənişlərdə payı 4,74 faizdən 4,69 faizə düşüb. Ancaq Çin valyutası hələ də dördüncü yerdədir.

Redaktor.az xəbər verir ki, bunu "SWIFT" beynəlxalq maliyyə mesajlaşma sisteminin saytındakı məlumatlar sübut edir.

Üçüncü yerdə olan Britaniya funtu 7 faizdən 6,5 faizə edib, ikinci yerdə olan avronun payı isə 22,47 faizdən 21,58 faizə düşüb. Bununla yanaşı, ABŞ dolları liderliyini möhkəmləndirib, onun svoplarda payı iyulda 47,81 faizdən 49,07 faizə yüksəlib.

Ticarətin maliyyələşdirilməsi bazarında dolların və yuanın payı dəyişməyərək müvafiq olaraq 83,56 faiz və 5,95 faiz təşkil edib. Avronun payı 5,83 faizdən 5,32 faizə qədər azalıb.

Sevinc İBRAHİMZADƏ