“Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq" - AÇIQLAMA

 12:53 20.09.2024     55

Yaxın vaxtlarda bütün rəsmi prosedurlar tamamlanacaq və “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq.

Redaktor.az.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Bakıda keçirilən və Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısından sonra bildirib.

"Bu gün toplantıda iştirak edən ölkələr assosiasiyasının qurulmasına dəstəkləyir", - deyə o qeyd edib.