Neftin qiyməti DÜŞDÜ

 11:50 28.09.2024     701

Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.

Redaktor.az ​​​​​​​xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,08 dollar və ya 1,43 faiz azalaraq 74,35 dollar olub.

Digər markalardan olan neft isə bahalaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,38 dollar artaraq 71,98 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,51 dollar artaraq 68,18 dollar təşkil edib.