Dünya bankı araşdırmaya başladı - AÇIQLAMA
"Dünya bankı tərəfindən "Business Ready" (B-ready) araşdırmasına başlanılıb. Məqsəd ölkələrdə biznesin inkişafının qiymətləndirilməsidir".
Redaktor.az xəbər verir ki, bu sözləri İKTA sədri Nail Mərdanov “Azərbaycanda telekommunikasiya sahəsində tənzimləmə: Layihələr və planlar” – adlı təlimdə jurnalistlərə açıqlamasında dedi.
Onun sözlərinə görə, qiymətləndirmənin nəticəsi ölkədə biznesin inkişafına şəraitin hansı səviyyədə olmasını öyrənmək və müəyyən işlərin görülməsində kömək olacaq.
"Bu reytinqlər müxtəlif kreditlərin ayrılmasına və digər məsələlərsdə geniş istifadə olunur. Hər bir ölkə bu reytinq cədvəlində yüksək yer tutmağa çalışır. "B Ready" 72 sualdan ibarətdir və bu suallar dünya bankı tərəfindən hazırlanır", - sədr qeyd etdi.
Sevinc İBRAHİMZADƏ