İKTA vətəndaşlara yeni xidmət GÖSTƏRƏCƏK

 11:52 30.09.2024     322

"İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi tərəfindən növbəti xidmət hazırlanır".

Redaktor.az xəbər verir ki, bu sözləri İKTA sədri Nail Mərdanov “Azərbaycanda telekommunikasiya sahəsində tənzimləmə: Layihələr və planlar” – adlı təlimdə jurnalistlərə açıqlamasında dedi.

Onun sözlərinə görə, bu xidmət ilin sonunadək hazır olacaq.

"Saytın daha da əhatəli olması üçün aidiyyəti şirkətlərlə yeni struktur hazırlanır. Bu sayt da növbəti ayda hazır olacaq və elan olunacaq. Belə ki, operator və provayderlər bizə boş dayanmaları, kəsilmələri məlumat verəcək. Məsələn, hansı saatlarda şəbəkələrdə yenilənmələr aparılacaq və s. kimi informasiyalar biz tərəfdən sistemləşdiriləcək və mərkəzləşdirilmiş mənbədən paylaşılacaq. Bu da vətəndaşın bir mənbədən məlumat almasına kömək edəcək", - sədr yekunlaşdırdı.

Sevinc İBRAHİMZADƏ