"Kapital Bank"dan kredit götürən müştərilər həyat sığortası əldə edə biləcəklər

 15:20 04.10.2024     439

"Kapital Bank" ASC kredit götürən müştərilərinə yeni “Kredit Həyat Sığortası” məhsulunu təklif edir. Dünyanın bir çox ölkələrində uğurla həyata keçirilən bu təcrübə istehlak krediti götürmüş şəxsləri ölüm və digər əlavə risklərə qarşı sığorta etmək məqsədi daşıyır. Belə ki, “Kredit Həyat Sığortası” kredit götürən şəxsin vəfat etməsi və ya xəstəlik, bədbəxt hadisə səbəbindən əlilliyin təyin olunması hallarında onun kredit borcunun sığorta şirkəti tərəfindən ödənilməsini hədəfləyir.

"Kapital Bank" bu yeni xidməti ilə müştərilərin və onların ailələrinin maliyyə yükünü azaltmaqla yanaşı, gözlənilməz hadisələr qarşısında da onlara əlavə maliyyə dəstəyi təqdim edəcək. Bu xidmət eyni zamanda fərdi bankçılığın inkişafına da öz töhfəsini verəcək.

Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq" MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, "Birbank" kartı sifarişi üçün — https://kbl.az/prcrc.