ABŞ-nin qlobal iqtisadiyyatdakı payı getdikcə azalır

 11:43 10.10.2024     329

Co Baydenin prezidentliyi dövründə ABŞ-nin qlobal iqtisadiyyatdakı payı 15%-dən aşağı düşüb.

Redaktor.az BVF-nin müüəlumatlarına istinadən xəbər verir ki, Baydenin səlahiyyət müddətinin sonuna qədər 14,76% rekord minimuma çatması gözlənilir.

1990-cı ildə Birləşmiş Ştatlar alıcılıq qabiliyyəti pariteti (PPP) ilə ölçülən qlobal iqtisadiyyatın 20,16%-ni təşkil edib. Bu pay 1999-cu ildə 21,01%-ə çatıb, iqtisadi məhsuldarlıq 9,6 trilyon dollar, qlobal istehsal isə 45,85 trilyon dollar olub.

Bununla belə, ABŞ-nin payı o vaxtdan bəri davamlı şəkildə azalıb və ən kəskin azalma 2006-2008-ci illərdə baş verib və o, hər il 0,6% azalıb. ABŞ-nin payı Barak Obamanın ikinci dövründə müvəqqəti olaraq artaraq 2014 və 2015-ci illərdə 16,26%-ə çatıb, lakin bu sürəti davam etdirə bilməyib.

Obamanın prezidentlik müddətinin sonuna qədər bu, 16,04%-ə enib. Daha sonra Donald Trampın dövründə ABŞ-nin payı daha 0,7% azalıb. Baydenin ikinci ilində ABŞ-nin payı 15%-dən aşağı düşərək 2023-cü ilin sonuna qədər 14,82%-ə çatıb.

BVF-nin proqnozları bu tendensiyanın davam edəcəyini, ABŞ-nin payının 2024-cü ilin sonuna kimi daha 0,06% azalacağını, Bayden administrasiyası dövründə isə onun məcmu 0,58% azalaraq 14,76%-ə düşəcəyini proqnozlaşdırır.

Bu arada Çinin qlobal iqtisadiyyatdakı payı 18,76 faiz artıb, Yaponiyanın payı isə son 33 ildə 4,33 faiz azalıb.

Sevinc İBRAHİMZADƏ