Türkiyə Polad İxracatçıları Birliyinin rəhbərliyi Azərbaycana gələcək
Türkiyə Polad İxracatçıları Birliyində (ÇİB) təmsil olunan şirkətlərin rəhbərləri Azərbaycana səfər edəcək.
Redaktor.az xəbər verir ki, səfərdən məqsəd bu sahədə ölkələr arasında əməkdaşlığı daha da inkişaf etdirmək, ticarət həcmini artırmaq üçün məsləhətləşmələr aparmaqdır.
Qeyd edilib ki, Orta Asiya və digər Türk Cümhuriyyətləri bazarlarına ixrac fəaliyyətini genişləndirmək üçün həm də strateji qapı olan Azərbaycan Türkiyənin yaxın coğrafiyasında strateji bazar kimi seçilir.
21 şirkəti təmsil edən 33 nəfərin daxil olacağı nümayəndə heyətinin tərkibində ÇİB İdarə Heyətinin sədri Adnan Aslan və İdarə Heyətinin üzvü Ahmet Kamil Erciyas da olacaq.
ÇİB-in Azərbaycanda oktyabrın 17-18-də keçirəcəyi görüşlərdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, baş ticarət müşavirləri Ahmet Erdal, Yakup Sefer, Murat Yaman və mətbuat müşaviri Alptekin Cihangir İşbilirin də iştirakı gözlənilir.