Qarabağda bu torpaqlar sakinlərə icarəyə VERİLƏCƏK

 11:38 14.10.2024     420

Qarabağ və Şərqi Zəngəzurdakı aqrar təyinatlı torpaqlar icarəyə veriləcək.

Redaktor.az xəbər verir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin oktyabrın 14-də keçirilən iclasında müzakirə edilən “Torpaq icarəsi haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklərdə bağlı layihədə öz əksini tapıb.

Belə ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın aqrar təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək.

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək.