Yerli balıq bahalaşacaq? - İqtisadçı danışdı

 17:23 17.10.2024     538

Diri və soyudulmuş balıq növlərinin idxalına 15 %-lik gömrük rüsumu müəyyən olunub. Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Bəs bu rüsum qiymətlərə necə təsir edəcək? Yerli balıq təsərrüfatı bahalaşacaq?

Məsələ ilə bağlı iqtisadçı Elşad Məmmədov Redaktor.az-a açıqlamasında bildirdi ki, təbii olaraq rüsumların tətbiq edilməsi yerli istehsalın müvafiq istiqamətlər üzrə mövcudluğu şəraitində effekt verə bilər:

"Əgər yerli istehsal varsa və biz yerli istehsalın rəqabət qabiliyyətliliyinin artırılmasına çalışırıqsa, rüsumları tətbiq edə bilərik. Ona görə də burada mütləq şəkildə həmin seqment üzrə yerli istehsalın vəziyyəti dəyərləndirilməlidir. Eyni zamanda antiinhisar tədbirlərin həyata keçirilməsinə ehtiyac var ki, yalnız o halda biz bazar iqtisadiyyatı şəraitində rüsumların artırılmasının daxili bazardakı qiymət artımına səbəb olmayacağını təmin edə bilərik".

Ekspert: “Bakı boşaldılmalı, əhali digər şəhərlərə köçürülməlidir” - FOTO -  Oxu.az

İqtisadçının sözlərinə görə, əks halda inhisarçılar həmin şəraitdən istifadə edərək qiymətləri artıracaq:

"Bu da rüsum siyasətinin effektini sıfırlaşdıracaq. Ona görə də mənə elə gəlir ki, burada sistemli yanaşmalara ehtiyac var. Yəni rüsumların artırılması son nəticədə qiymət artımına və istehlakçıların hüquqlarının pozulmasına səbəb olmamalıdır".

Sevinc İBRAHİMZADƏ