COP29-un ölkəmizə bu faydaları olacaq - İqtisadçıdan AÇIQLAMA

 12:29 21.10.2024     443

Bakıda noyabr ayının 11-22-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.

Bu beynəlxalq tədbirin keçirilməsilə əlaqədar 28 min qonaq qeydiyyatdan keçib. 

Bəs bu qədər xarici qonağın Azərbayacana gəlməsi hansı sahələrdə qazanc əldə olunmasına səbəb olacaq?

Bu barədə iqtisadçı ekspert Eyyub Kərimli Redaktor.az-a açıqlamasında bildirdi ki, COP29-un ölkədə keçirilməsinin bir çox sahələrdə bilavasitə və ya dolayısı ilə təsirləri olacaq:

"Bilavasitə təsiri, sözsüz ki, turizm sektoruna - hotellərə, ictimai iaşə obyektlərinə, digər tərəfdən təyyarə daşımalarına olacaq. Bu sahədə müəyyən müştəri artımına, əlavə gəlirlərin əldə edilməsinə səbəb olacaq.

QHT sədri, iqtisadçı-ekspert Eyyub Kərimli deputatlığa namizədliyini irəli  sürmək niyyətindədir

Dolayısı təsirləri isə COP-un öz mahiyyətindən və keçiriləcək ətraf mühitin mühafizəsi ilə əlaqədar aparılacaq genişmiqyaslı işlərdə müşahidə edəcəyik. Buna ölkəmizdə yaşıl enerjinin inkişafı, ətraf mühitə tullantıların atılmasının idarə edilməsi, karbon qazların emissiyasının azalması, biznesin bu sahəsində yeni bacarıq və biliklərin əldə edilməsi aiddir".

İqtisadçının sözlərinə görə, COP29 həm də ölkənin alternativ enerji sektoruna əlavə investisiyaların yatırılmasına və son nəticədə ölkəmizin siyasi iqtisadi nüfuzunun artmasına öz müsbət təsirlərini göstərəcək, bu sahədə çoxlu faydalar verəcək.

Sevinc İBRAHİMZADƏ