Ağbənd-Salam Məlik istiqamətində dəmir yolu çəkiləcək - ADY sədri

 14:40 23.10.2024     331

Naxçıvan Muxtar Respublikasının dəmir yolunun yenidən qurulmasın üçün layihə sənədləri hazırlanır.

Redaktor.az
xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq Horadiz-Ağbənd istiqamətinə doğru sürətlə dəmir yolu çəkilir.

“İrana baş tutan səfərimizin əsas məğzi Ağbənd-Salam Məlik istiqamətində çəkiləcək dəmir yolu xətti layihəsinin həyata keçirilməsi ilə bağlı idi. İran tərəfdən keçəcək dəmiryol xəttinin marşrutu bir daha müzakirə olundu. Ən uyğun və optimal marşrut demək olar ki, razılaşdırılıb, körpülərin yerləri və dəmir yol xəttinin keçəcəyi marşrut üzərində son danışıqlar aparılır”, - deyə\  Rövşən Rüstəmov bildirib.