Dünyanın ən böyük bazarında "Mercedes"in satışları AZALDI
Alman avtomobil istehsalçısı "Mercedes-Benz"in mənfəəti üçüncü rübdə Çində lüks avtomobil satışlarının zəif olması səbəbindən aşağı düşüb. Sözügedən dövrdə satışlar yüzdə 6,7 azalaraq 34,52 milyard avro olub.
Redaktor.az xəbər verir ki, bu barədə şirkətin ilin üçüncü rübü üzrə yekun maliyyə nəticələrində qeyd olunub.
Şirkətin iyul-sentyabr dövründə düzəldilmiş əməliyyat mənfəəti (EBITDA) keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 48 azalaraq 2 milyard 517 milyon avroya düşüb. Şirkətin xalis mənfəəti yüzdə 53,8 azalaraq 1 milyard 719 milyon avro olub.
Əsas minik avtomobili biznesindəki gəlirliliyin aşağı qiymətə və yüksək marjlı avtomobillərin aşağı satışına görə zəiflədiyinə diqqət çəkən şirkət rəsmiləri, “Mercedes-Benz Group" üçüncü rübdə məhsul keçidlərinə, çətin bazar mühitinə baxmayaraq güclü satışlar əldə etdiyini vurğulayıb.
Alman avtomobil istehsalçıları inflyasiya təzyiqləri, yüksək enerji və əmək xərcləri, Avropada yavaş iqtisadi artım və Çin avtomobil istehsalçıları, eləcə də "Tesla" ilə rəqabətlə üzləşirlər. Son illərdə Asiya və Avropa ölkələrində satılan elektrik avtomobillərində Çin istehsalçılarının payı sürətlə artır. Çində istehsal olunan ucuz və subsidiyalı elektrik avtomobillərinin satışları rəqiblərini üstələyir. "BYD", "SAIC" və "Geely" kimi markaların avtomobilləri, həmçinin "Tesla" və digər Avropa şirkətləri Çində istehsal olunur.
Dünyanın ən böyük avtomobil bazarı olan Çin, hər üç avtomobildən birini satması "Mercedes" üçün vacibdir. Alman istehsalçıları üçün böyümənin qarantı olan yerli avtomobil istehsalçıları ölkədə rəqabəti artırsa da, iqtisadi artım da yavaşlayır.
Sevinc İBRAHİMZADƏ