Azərbaycanda ÜDM 77 milyard dollara qədər ARTACAQ

 19:03 31.10.2024     470

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda nominal ÜDM-in 2023-cü ildəki 72,4 milyard ABŞ dollarından 2024-cü ildə 75,6 milyard ABŞ dollarına, 2025-ci ildə isə 77 milyard ABŞ dollarına qədər artacağaını proqnozlaşdırır.

Redaktor.az Report-a istinadən xəbər verir ki, bu barədə IMF-in “Dəyişən geoiqtisadi landşaftda naviqasiya" adlı "Regional iqtisadiyyatın inkişaf perspektivləri: Yaxın Şərq və Mərkəzi Asiya" yeni hesabatında deyilir.

Proqnozlara görə, 2024-cü ildə Azərbaycanda ÜDM-in real artımı 2023-cü ildəki 1,1 %-lə müqayisədə 3,2 % təşkil edəcək, 2025-ci ildə isə 2,5 %-dək azalacaq. Qeyri-neft sektorunda artımın 2024-cü ildə 4,8 %, 2025-ci ildə 3,8 % səviyyəsində (2023-cü ildəki 3,7 %-ə qarşı) olacağı gözlənilir. Eyni zamanda, neft sektoru üzrə ÜDM-də 2023-cü ildəki 4,2 %-lik azalma 2024-2025-ci illərdə 0,5 %-dək yavaşlayacaq.