Su anbarının təmirinə 6,4 milyon manat xərclənəcək

 09:51 02.11.2024     556

Viləşçay su anbarında müəyyən təmir işləri həyata keçiriləcək.

Redaktor.az bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Belə ki, su anbarında tikinti-istismar sukeçirici qurğunun (qülləli suburaxıcı qurğu) təmir-bərpası işləri aparılacaq.

Məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı hazırlıqlara başlayıb.

Qurum sözügedən işlərin icrasının 6.448.053,38 AZN-ə (6 milyon 448 min 53 manat 38 qəpik) başa gələcəyini ehtimal edir.