"Azərbaycan Dəmir Yolları" tranzit yükdaşımanı 7 % ARTIRIB

 10:21 05.11.2024     339

Bu ilin yanvar-oktyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 6 milyon tondan çox tranzit yükü daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 % çoxdur.

Redaktor.az bu barədə ADY-yə istinadla xəbər verir.

Məlumata görə, təkcə oktyabr ayında isə artım 14 % olub.