ABŞ-nin dövlət borcu rekord həddə ÇATDI

 16:31 15.11.2024     376

ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçib.

Redaktor.az xəbər verir ki, bunu ABŞ-nin "Debt Clock" xidmətinin məlumatları sübut edir.

Noyabrın 15-nə olan məlumata görə, xidmətlər bazasında ümumi dövlət borcu qrafasında 37,5 trilyon dollarlıq rekord göstərici var. Yanvarın əvvəlində bu rəqəm 34 trilyon dolları ötüb.

Avqust ayında "Fox Business" Konqresin Büdcə Bürosunun məlumatlarına istinadən ABŞ-nin dövlət borcunun yaxın onillikdə 54 trilyon dollara çata biləcəyini bildirib. Materialın müəllifləri bu borcun reallaşacağı təqdirdə Amerikanın dünya səhnəsindəki statusunun təhlükə altına düşəcəyini də qeyd ediblər.

Birləşmiş Ştatlar qlobal iqtisadiyyatın 35,6%-ni təşkil edən ən yüksək dövlət borcuna malikdir. İkinci yerdə 14,9 trilyon dollar və ya qlobal ÜDM-in 14,1%-nə bərabər borcu olan dövlət Çindir.

Sevinc İBRAHİMZADƏ