Bitkoinin qiyməti yenə ARTDI

 09:12 21.11.2024     433

Bitkoinin qiyməti noyabrın 21-i səhər saatlarında rekordu yeniləyərək 96 min dolları keçib. 

Redaktor.az bu barədə ticarət həcminə görə ən böyük kriptovalyuta birjası olan "Binance"in məlumatlarına əsasən xəbər verir.

Bakı vaxtı ilə saat 08:30-a olan məlumata görə, bitkoinin qiyməti gün ərzində 4,64% artaraq 96 521,75 dollara çatıb. Hətta bir saat əvvəl bir sikkənin qiyməti min dollar ucuz olub

Məlumata görə, kriptovalyutanın dəyərinin artması ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın kriptovalyuta məkanında daha sadələşdirilmiş qaydaların tətbiqini təşviq edəcəyi gözləntiləri ilə bağlıdır.

Qeyd edək ki, ötən gün bitkoinin qiymətinin yeni tarixi zirvəyə çatmış və ilk dəfə olaraq 94 min dolları keçmişdi.

Sevinc İBRAHİMZADƏ