"Hərbçilərin maaşları artırılmalıdır" - Vüqar İskəndərov

 11:43 26.11.2024     469

"Hərbçilərin maaşları artırılmalıdır".

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Vüqar İsgəndərov Milli Məclisin noyabrın 26-da keçirilən iclasında təklif edib.

"2025-ci ilin dövlət büdcəsi ölkənin hər tərəfli inkişafında rol oynayaq. Müdafiə və təhlükəsizlik qüvvələri ciddi vəasit ayrılıb. Uğurlu siyasət və ordumuzun gücü nəticəsində 44 günlük müharibədən qalib çıxdıq. Ordunun gücünü artırmaq üçün hərbçilərin maaşı artırılmalıdır. O cümlədən ictimai təhlükəsizliyimizi qoruyan polislərin də əmək haqları artırılmalıdır. Çünki hüquq-mühafizə orqanlarıda ən az nəvacib alan DİN əməkdaşlarıdır", - deyə V.İskəndərov əlavə edib.

O həmçinin bildirib ki, Şəki rayonunda bəzi problemlər var: "Bunlardan biri qazdır. Dağ kəndlərində qaz yoxdur".

Türkan İSGƏNDƏRLİ