"Azərbaycanın sosial xərcləri Ermənistanın ümumi büdcə xərcindən 67 % çoxdur” - Vüqar Bayramov

 11:13 29.11.2024     160

"Vətən müharibəsindən sonra 2025-ci il üçün 16 milyard nəzərdə tutulub. Azərbaycan həmçinin işğaldan azad etdiyi ərazilərinin yenidən qurulmasına vəsait ayırır. İndiyə qədər bu istiqamətdə 18 milyard manat xərclənib. 2025-ci ildən etibarən Azərbaycan Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması işləri üçün 22 milyard ayrılacaq”

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Vüqar Bayramov deyib.

Deputat sosial mediada qərəzli açıqlamaların olduğunu bildirib:

“Sosial mediada qərəzli açıqlamalar var. Onlara cavab olaraq demək istərdim ki, 2025-ci ilə Azərbaycanın sosial xərcləri Ermənistanın ümumilikdə büdcə xərclərindən 67 faiz çoxdur”.

Türkan İSGƏNDƏRLİ