Qarabağ və Şərqi Zəngəzura ümumilikdə 22 milyard vəsait ayrılıb - Vüqar Bayramov
"2025-ci ilin dövlət büdcəsi onu göstərir ki, Azərbaycan makro-iqtisadiyyat vəziyyəti qoruyub saxlaya biləcək".
Redaktor.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov parlamentin bu gün keçirilən plenar iclasında bildirib.
"Azad olunmuş ərazilərin bərpasına 4 milyard manat vəsait ayrılıb. 2023-cü ildə bu, 18 milyard olub. Bu o deməkdir ki, Qarabağ və Şərqi Zəngəzura ümumilikdə 22 milyard vəsait ayrılıb. Çox insan tez müddətdə Qarabağda yaşayışın təmin olunacağına inanmırdı. Amma Prezidentin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur artıq bərpa edilir, məskunlaşma davam edir. Bundan əlavə, ölkəmizin təhlükəsizliyinin güclənməsi üçün mühüm addımlar atır. Təklif edərdim ki, cari xərclər optimallaşdırılsın Yəni cari xərclərlə qeyri-resurs gəlirlərin şaxələndirilməsi ilə bağlı işlər gücləndirilməlidir. Sosial müdafiə və sosial təminat xərcləri də mühüm əhəmiyyətə malikdir. Dövlət büdcəsində bu sahəyə 4.8 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu əvvəlki illərlə müqayisədə 11.8 faiz çoxdur", - deyə V.Bayramov qeyd edib.
Türkan İSGƏNDƏRLİ