Azərbaycanda məşhur şirkət ləğv EDİLİR

 12:36 04.12.2024     265

Dövlətə məxsus "Azərlizinq" şirkəti ləğv edilir.

Redaktor.az xəbər verir ki,  "Azərkontrakt" dövlət kontrakt korporasiyasına daxil olan şirkət ləğv olunduğunu elan edib.

Şirkət kreditorlarda tələbələrini iki ay ərzində bildirmələrini istəyib.

Qeyd edək ki, oktyabrın 17-də Prezident İlham Əliyev Dövlət Kontrakt Korporasiyası - “Azərkontrakt” ASC-nin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.