Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! Bu avtomobillər UCUZLAŞACAQ
Gələn ildən qlobal miqyasda 85 milyon elektrikli nəqliyyat vasitəsinin istifadədə olacağı gözlənilir. Təbii ki, bütün bunlar Azərbaycanın avtomobil bazarına da təsirsiz ötüşməyəcək.
Bəs bazarda qiymətlər necə dəyişəcək?
Bu barədə "Avtohərrac" MMC-nin icraçı direktoru Toğrul Fərzullayev Redaktor.az-a açıqlama verib.
O bildirib ki, son dövrlər Çindən gələn avtomobillərin sayı artacaq:
"Bununla əlaqədar olaraq gələn il ölkəyə gətirilən Çin avtomobillərinin qiymətində azalma müşahidə olunacağını düşünürəm. Bunun əksinə olaraq Avropa və Amerika istehsalı yeni və ikinci əl avtomobillərdə bahalaşma müşahidə olunacaq. Nəqliyyat vasitələrinin qiymətləri isə modellərdən asılı olaraq dəyişəcək".
T.Fərzullayev bildirib ki, hazırda Azərbaycanda avtomobillərin qiyməti 22-25 min manatdan başlayır.
Sevinc İBRAHİMZADƏ