"AzeBirja" kriptovalyuta şirkəti bağlanıb?
"AzeBirja" adı altında fəaliyyət göstərən "AZE Bilişim Finans" MMC kriptovalyuta şirkətinin bağlandığı iddia olunur.
Redaktor.az-ın məlumatına görə, bu barədə müştərilər məlumat yayıblar.
Onlar şirkətin köçürmə limitlərinin məhdudlaşdırılması səbəbilə polisə müraciət ediblər. Edilən müraciətlərin nəticə vermədiyi görən müştərilər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə üz tutublar.
Nəticədə şirkətin fəaliyətinin müvəqqəti olaraq dayandırıldığı bildirilir. Məlumata görə, hazırda araşdırmalar davam edir.
Sevinc İBRAHİMZADƏ