Salyanda tərəvəz məhsullarının istehsalı ARTIB
Salyanda bu il 39 812,8 ton tərəvəz məhsulu istehsal edilib.
Redaktor.az xəbər verir ki, bu barədə “Report”un Aran bürosuna Salyan Rayon Statistika İdarəsindən bildirilib.
Məlumata görə, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 532,0 ton və ya 1,4 % çoxdur.
Qeyd edək ki, bu il rayon üzrə 1 785,6 hektar sahədə tərəvəz bitkiləri əkilib.
Hazırda tərəvəz bitkilərinin yığımı davam edir.