"Bu qədər vəsaitin ayrılması Azərbaycan iqtisadiyyatının güclü olduğunu göstərir"

 11:38 13.12.2024     242

"Ötən əsrin 90-cı illərində AXC-Müsavatın yarıtmaz siyasəti bizim xarici siyasətimizə zərər vurdu". 

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib:

"Ancaq 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi bütün problemləri aradan qaldırdı. Bir sıra dairələrin Azərbaycana qarşı təzyiqlərinə məruz qalırıq. Qarabağ və Şərqi Zəngəzurun dağıdılması, Azərbaycan iqtisadiyyatına milyardlarla zərər vurub. Hazırda orada yenidənqurma işləri gedir. Bu qədər vəsaitin ayrılması Azərbaycan iqtisadiyyatının güclü olduğunu göstərir. 20 minə yaxın vətəndaşımız işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşıb. 2026-cı ilin sonuna qədər 140 min vətəndaşımız azad edilmiş ərazilərdə məskunlaşacaq. Azərbaycan xarici siyasətdə yeni uğurlara imza atır, ölkədaxili sosial sahədə də insanların rifahının yaxşılaşdırılması üçün işlər görülür".

Türkan İSGƏNDƏRLİ