"Bu kateqoriyadan olan sahibkarlar ölkəmizin ən toxunulmaz təbəqəsi olmalıdır" - İqtisadçı

 12:26 18.12.2024     164

Bir gün təbii resurslar tam bitəcək və o zaman bizə dərs deyən müəllim də, bizi qoruyan polis də, bizi sağaldan həkim də yalnız sahibkarların xaricdən ölkəyə qazandırdığı pul hesabına bizə dərs deyəcək, bizi qoruyacaq, bizi müalicə edəcək”.

Redaktor.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

O, ölkənin iqtisadi inkişafının sahibkarlardan asılı olacağını bildirib:

Yəqin ki, kiminsənin cəsarəti çatıb, "mən əmək haqqı almadan həmişə işləyərəm, dərs deyərəm, qoruyaram, sağaldaram" deməz.  Odur ki, ölkə daxilində yaratdığı məhsul və xidməti ölkə xaricinə sata və ölkəyə pul gətirə bilən sahibkar cəmiyyətin ən toxunulmaz subyekti olmalıdır.

Ölkənin iqtisadi inkişafı böyük ölçüdə belə sahibkarlardan asılı olacaq. Mən Əhməddən alıb Məmmədə satan və ya xaricdən gətirib ölkəmizdə satan, eləcə də yeni dəyər yaratmadan fəaliyyət göstərən sahibkarları nəzərdə tutmuram. Mən istehsal, emal və xidmətlər sayəsində ciddi dəyər yaradaraq onu ixrac edən və həmçinin idxaldan asılılığı əvəz edə biləcək dəyər yaradan sahibkarları nəzərdə tuturam. Bu kateqoriyadan olan sahibkarlar ölkəmizin ən toxunulmaz təbəqəsi olmalıdır. Güzəştlərin də, dəstəyin də ən böyüyü və ən önəmlisi onlara yönəldilməlidir”.

Vasif ƏLİHÜSEYN