Azərbaycanda qeyri-neft sektorunda vəziyyət necədir?

 14:45 19.12.2024     165

Azərbaycanda neftdən kənar sektorların inkişafına xüsusi diqqət yetirilir. 

Bəs hazırda ölkəmizdə qeyri-neft sektorunda vəziyyət necədir?

Bu barədə iqtisadçı Eldəniz Əmirov Redaktor.az-a açıqlamasında 2023-cü ildə olan mövcud iqtisadi vəziyyətlə bağlı məlumat verdi.

O bildirdi ki, ötən il ölkəmizdə 123 milyard manatlıq və ya 2022-ci illə müqayisədə 1,1 faizlik bir əlavə ÜDM (ümum daxili məhsul) istehsal olunub:

"2023-cü ildə bu ÜDM-nin 63,1 faizi qeyri-neft sektorunun payına düşüb. Eyni zamanda bunu rəqəmlərlə ifadə etsək, qeyri-neft sektoru üzrə olan artım 3,7 faiz olub və mütləq ifadədə 77,7  milyard manata çatıb. Sektorlara gəldikdə isə, qeyri-neft sektorunda yaradılan ÜDM-nin 8,8 faizi kənd təsərrüfatının, o cümlədən meşə təsərrüfatı və balıqçılığın 8,1 faizi məhz qeyri-neft-qaz sənayesinin payına düşüb. Təxminən 10 faizə yaxını tikintinin, 16 faizi isə ticarət və nəqliyyat vasitələrinin təmirinin payına düşüb".

İqtisadçının sözlərinə görə, digər sektorlarda turizm, ictimai iaşə, informasiya və rabitə sahəsi də var ki, bu sektorların da hər biri qeyri-neft sektoru olaraq ölkə iqtisadiyyatında əhəmiyyətli paya sahibdir.

Sevinc İBRAHİMZADƏ