"Bu qaydalar bankların kredit vermək imkanlarını azaldır" - İqtisadçı

 14:42 24.12.2024     168

Bank olmayan kredit təşkilatları (BOKT) ilə bağlı qüvvəyə miniən yeni qaydalardan sonra, onların verdiyi gündəlik kreditlərə dair tələblər də dəyişib. Belə ki, kreditlərin milli valyutada maksimum məbləği 500 manat, qaytarılma müddəti maksimum 45 gün olmaqla nəzərdə tutulub. Kreditlər üzrə gündəlik faiz dərəcəsi isə maksimum 0.3 faiz müəyyənləşdirilib. Qeyri-bank təşkilatları əvvəllər kreditlərə gündəlik yüksək faiz hesablaya bilirdilərsə, indi bu məbləğ 0.3 faizlə limitləndirilib.

Bəs BOKT-larla bağlı yeni qaydalar kredit sisteminə necə təsir edəcək?

İqtisadçı ekspert Elçin Rəşidov Redaktor.az-a açıqlamasında bildirdi ki, Mərkəzi Bank banklara yersiz prudensiallıq tətbiq etdi, hansı ki, bu, bankların kredit vermək imkanlarını azaldır və nəticədə krediti daha bahalı, eyni zamanda daha əlçatan edir:

Biznes muhitinin yaxsilasdirilmasi ucun davamli islahatlarin aparilmasi  vacibdir” – Elçin Rəşidov

"Eyni qaydada bank olmayan kredit təşkilatlarına (BOKT) da aşırı prudensiallıq tətbiq olunub. Mərkəzi Bank burada daha çox özünün müəyyən indikatorlarını qoruyur. Amma çox yaxşı olardı ki, Mərkəzi Bankın indikatorlarına ölkədə iqtisadi artım, işsizliyin azalması kimi faktorlar da daxil edilərdi. Onda Mərkəzi Bank məhz özünün kiçik, dar indikatorlarına deyil, ölkədəki iqtisadiyyata, sosial duruma və ya məşğuliyyətə xidmət etmiş olardı".

Ekspertin sözlərinə görə, hazırda bu qaydalar da Mərkəzi Bankın digər davranışları kimi onların əleyhinədir.

Sevinc İBRAHİMZADƏ