3 qəpiklik niyə yenilənib? - AÇIQLAMA

 14:38 24.12.2024     147

Xəbər verdiyimiz kimi, Mərkəzi Bank tərəfindən 3 qəpiklik metal pul nişanı yenilənib. 

Bəs pul sikkələri, pul nişanları nə üçün yenilənir?

Mövzu ilə əlaqədar iqtisadçı ekspert Elşad Məmmədov Redaktor.az-a açıqlamasında buna səbəb olan amilləri sadaladı. 

İqtisadçı hesab edir ki, pul nişanlarının yenilənməsi ilk növbədə təhlükəsizlik amili ilə bağlıdır:

"Uzun müddət dövriyyədə olan pul vəsaitlərinin təhlükəsizliyi ilə bağlı hansısa problemlərin yaşanmaması üçün aidiyyəti dövlət qurumları onların yenilənməsinə gedir ki, daha müasir qoruyucu təhlükəsizlik texnologiyaları tətbiq oluna bilsin. Çünki texnologiyalar, bilindiyi kimi, daim inkişaf edir. Bu yenilənmələr innovasiyaların təhlükəsizliklə bağlı tətbiqinə imkan açır. Eyni zamanda vəsaitlərin yenilənməsi həm də dövriyyənin idarə olunması nöqteyi-nəzərindən aidiyyəti dövlət qurumlarına müvafiq imkanlar yaradır".

Elşad Məmmədov İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinə rəhbər təyin edilib

Ekspert qeyd etdi ki, bu yenilənmə ilə bağlı olan təcrübə dünyada geniş şəkildə tətbiq edilir və müvafiq effektləri də hiss olunur. 

Sevinc İBRAHİMZADƏ