Bu su anbarının yenidən qurulmasına 12,4 milyon manat AYRILDI

 11:00 02.01.2025     322

Əlincəçaydan su götürən və Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanal yenidən qurulacaq.

Redaktor.az bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən məlumat verir.

Belə ki, artıq bununla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi hazırlıq işlərini yekunlaşdırıb.

Agentlik sözügedən işlərin icrasını "Hovers Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə uyğun olaraq, sözügedən su anbarının yenidən qurulması üçün agentlik şirkətə 12,4 milyon manat ödəyəcək.

Qeyd edək ki, kanalın yenidən qurulması işləri həvalə edilən şirkət - "Hovers Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 345 720 manat olan şirkətin qanuni təmsilçisi Zeynalov İlqar Adgözəl oğludur.