"Xocalı" gil yatağı satışa çıxarıldı

 15:30 02.01.2025     253

"Xocalı” gil yatağı satışa çıxarılır.

Redaktor.az xəbər verir ki, bu barədə "Trend" Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat əldə edib.

Belə ki, 6 hektar ərazini əhatə edən və 100 000 kub metr həcmində olan yatağın istismar müddəti 5 il nəzərdə tutulub.

Hərracın başlanğıc qiyməti 10 000 manat, 10% beh məbləği isə 1000 manat təşkil edir.

Məlumata görə, hərrac 19 fevral 2025-ci il tarixində saat 11:00-da auksion formasında keçiriləcək.

Hərracda iştirak haqqı 540 manat müəyyənləşdirilib.

Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029.