"Optimal Electronika" keyfiyyətsiz mallara görə CƏZALANDIRILDI

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən "Optimal Electronika" MMC barəsində inzibati xəta protokolu tərtib edib.
Redaktor.az-a bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, şirkətə qarşı tədbir görülməsi qüsurlu malın dəyişdirilməsi və geri qaytarılması qaydalarına dair Dövlət Xidmətinin yazılı göstərişinə əməl edilməməsi ilə bağlıdır.