EIA gələn il üçün Azərbaycanda gündəlik neft hasilatı üzrə proqnozunu açıqladı

 22:36 14.01.2025     73

ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2024-2025-ci illər üçün orta hesabla gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozu yeniləyib.

Redaktor.az xəbər verir ki, "APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2024-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 600 min barel təşkil edib (proqnoz dəyişməyib).

EIA-nın ehtimalına görə, 2025-ci ildə il ölkədə ortalama gündəlik neft hasilatı 630 min barel səviyyəsində olacaq (proqnoz dəyişməyib).

Bununla yanaşı Administrasiya 2026-cı il üçün Azərbaycanda gündəlik maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb. Belə ki, qurum gələn il ölkədə qeyd olunan göstəricinin 620 min barel olacağını ehtimal edir.

Qeyd olunur ki, 2023-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 620 min barel təşkil edib.

Əlavə etmək lazımdır ki, 2022-ci ildə ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 670 min barel, 2021-ci ildə isə 720 min barel səviyyəsində olub.

Xatırladaq ki, 2019 və 2020-ci illərdə sözügedən göstərici müvafiq olaraq 780 min və 700 min barel təşkil edib.