"Gömrük Komitəsinin ayrıca bir qurum kimi qalması yanlışdır" - AÇIQLAMA

 17:53 17.01.2025     188

Azərbaycanda yeni dövlət qurumunun yaradılacağı ilə bağlı şayiələr gəzir. Bildirilir ki, bura Maliyyə Nazirliyi, Dövlət Vergi Xidməti, Dövlət Gömrük Komitəsi və digərləri daxil edilə bilər. "Supernazirlik" kimi adlandırılan qurum oxşar fəaliyyətli idarələrin mərkəzinə çevrilə bilər.

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirdi ki, bu, effektiv idarəetmənin artırılması üçün lazımdır.

"Daha öncə İqtisadiyyat Nazirliyi ilk dəfə yaradılanda adına "supernazirlik" qoyulmuşdu. Doğrudan da vergilər, əmlak və bir çox iqtisadiyyata aid sahələr orada birləşdirilmişdi. Amma keyfiyyət dəyişikliklərinə o qədər də gətirib çıxartmadı. Burada söhbət ondan gedir ki, nazirlikləri, idarələri birləşdirmək effektiv idarəetmənin artırılması üçün lazımdır. Amma həm də onların görəcəyi işdən çox şey asılı olacaq. Ümumiyyətlə, Gömrük Komitəsinin ayrıca bir qurum kimi qalması doğru deyil, yanlışdır və onun birləşdirilməsi doğru qərardır", - deyən hömsəöhbətimiz hesab edir ki, dövlət büdcəsinin formalaşmasında iştirak edən bütün qurumlar bir mərkəzdə birləşdirilməlidir.

Türkan İSGƏNDƏRLİ