Bankların məcburi ehtiyat normalarının dəyişdirilməsi gözlənilmir - AMB sədri
Bu il bankların məcburi ehtiyat normalarının dəyişdirilməsi gözlənilmir.
Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, məcburi ehtiyat normaları banklarda təmərküzləşmə meyillərinin aradan qaldırılmasına imkan yaradır.
“Son 3 il ərzində Mərkəzi Bankın ehtiyatları 54% artıb. Bu o deməkdir ki, Mərkəzi Bank 2022-ci ilin əvvəlinə olan ehtiyat həcminə 54% ekvalentində manat çap edib. Bank sektorunda çox lilvidlik var idi. Məcburi ehtiyat normaları imkan verdi ki, biz likvidliyi sterilizasiya edək” - deyə Taleh Kazımov əlavə edib.