Azərbaycanda mal-qara azaldı, quşlar artdı - STATİSTİKA

 14:14 22.01.2025     101

2025-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 6850,2 min baş qoyun və keçi, 2459,7 min baş iribuynuzlu mal-qara, o cümlədən 1223,1 min baş inək və camış mövcud olub. İribuynuzlu mal-qaranın 49,7 faizini inək və camışlar təşkil edir.

Bu barədə Redaktor.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.

2025-ci il yanvarın 1-i vəziyyətinə donuzıların sayı 3 103 baş olub.

Rəsmi statistikaya görə, ölkədə iribuynuzlu mal-qaranın sayı ötən illə müqayisədə azalıb. Belə ki, bu azalma həm inək və camışların sayında (ötən il 1 235,1 baş olub), həm də qoyun və keçilərin sayında (ötən il 7 060,6 baş olub) özünü göstərir.
Azalma eyni zamanda donuzların da sayında baş verib (ötən il 4 828 baş olub).

Heyvanlardan fərqli olaraq, quşların sayı artıb. Belə ki, 20024-cü ildə ölkədə broyler müəssisələri də daxil 11 647,5 baş quş var idisə, 2025-ci il yanvarın 1-i vəziyyətinə onların sayı 12 485,4 baş olub.