Kağız pullar dövriyyədən çıxarılır? - AÇIQLAMA

Dünyada və ölkəmizdə telefon və ya kartla ödəniş halları artıb. Nağdsız ödənişlərin rahat və tez həyata keçməsi insanların gündəlik həyatını əhəmiyyətli dərəcədə asanlaşdırıb.
Bəs nağdsız ödənişlərin artması kağız pulların dövriyyəsinə necə təsir edir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, kağız pulların dövriyyəsi nə qədər azalsa da, ona ehtiyac var.
"Kağız pulların istifadəsi getdikcə azalır, amma tamamilə dövriyyədən çıxması ehtimalı hələ yoxdur. Ancaq demək olar ki, istifadəsi azalır. Onlayn ödənişlər həyata keçirən, bizdən qabaqda olan ölkələrdə belə kağız pul qalır. Amma güman etmək olar ki, uzunmüddətli dönəmdə, hər şey rəqəmsallaşandan sonra kağız pullara olan tələbat kəskin aşağı düşəcək, azalacaq".
Türkan İSGƏNDƏRLİ